Yəməndə 20 milyon insan acdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok, "Yəməndəki xəstəxanalarda ailələr həkimlərin aclıqdan ölmək üzrə olan uşaqlarını xilas etmək səylərini izləyir", - deyə bildirib.
Lovkok, BMT Baş Qərargahında Yəməndəki humanitar vəziyyətə dair keçirdiyi mətbuat konfransında Yəməndə əhalinin 70 faizini təşkil edən 20 milyon insanın aclıqla mübarizə apardığını söyləyib.
Yəmən xalqının tək istəyinin müharibənin bitməsi olduğunu bildirən BMT rəsmisi, Yəməndə hələ də atəşkəsin təmin olunmadığını xatırladıb.
Mark Lovkok 26 fevral 2019-cu il tarixində İsveçrənin Cenevrə şəhərində Yəmənə yardım konfransı keçiriləcəyini sözlərinə əlavə edib.
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.