ABŞ Suriya-İraq sərhədində yeni hərbi baza qurur

İraqın əl-Anbar əyalətinin regional müşaviri Fərhan Məhəmməd əl-Dalimi (Qərb İraq) Suriya ilə sərhəddə ABŞ-a məxsus yeni hərbi bazanın yaradılacağını açıqlayıb. Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Yeni baza ABŞ qoşunlarına əl-Anbar və Neynəva əyalətlərinə tam nəzarət etməyi təmin edəcək.
Qeyd edək ki, Birləşmiş Ştatların hazırda İraqdakı səfirliyi nəzdində 20 mindən çox əməkdaşı çalışır.