Sergey Lavrov NATO və KTMT-ni müqayisə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB) Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) nisbətdə üstünlüklərindən danışıb. Bu barədə o, Qazaxıstanın "Xəbər" informasiya agentliyinə müsahibə verib.
Lavrovun sözlərinə görə, KTMT və AİB-in üstünlü ondandır ki, qurumlarda diktə yoxdur: "Bizim ümumi "evimizdə" - KTMT və AİB-də, başqa ittifaqlar - NTAO-dan fərqli olaraq hansısa diktə yoxdur. Biz heç vaxt heç kimə zorla qəbul etdirmirik",-deyə Lavrov əlavə edib.
Rusiyanın XİN rəhbəri daha sonra deyib ki, NATO-da bəzi ölkələr digərlərinə tabe olmağa məcburdur: "Orada bəzi azlıqlar var ki, hər an "böyük yoldaş"a qulaq asmağa hazırdır, qalanlarını sadəcə müxtəlif təhlükələrə razı salırlar".