İrandan terrorla mübarizədə regional iş birliyi təklifi

İran Məclis Başkanı Əli Laricanı ABŞ-ın Asiyadakı sabitsizliyi artırmaq üçün İŞİD terror təşkilatı terrorçuların bir qismini Əfqanıstana göndərdiyini, bu mənada İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstan arasında terrorla mübarizə sahəsində iş birliyinin çox önəmli olduğunu söyləyib.
Bu barədə İran Parlamentinin xəbər Agentliyi ICANA bildirib.
Qeyd edək ki, Laricani paytaxt Tehranda Çin Parlamentinin sədr müavini Çen Zui ilə bir araya gəlib. Görüşdə ABŞ-ın tək tərəfli olaraq çəkildiyi nüvə anlaşması və terrorla mübarizə məsələləri müzakirə olunub.
Laricarni ABŞ-ın Asiyada sabitsizliyi artırmağı hədəflədiyinə diqqət çəkib: «Amerikanın İraq və Suriyadakı problemləri Asiyanın digər nöqtələrinə daşımaq üçün keçən il bir çox İŞİD terrorçusunu Əfqanıstana göndərmə cəhdləri nəzərə alındıqda İran, Çin, Paksitan, Türkiyə, Rusiya və Əfqanıstanın terrorla mübarizədəki iş birliyi çox vacibdir».
Laricani həmçinin ABŞ-ın çəkilməsindən sonra nüvə razılaşmasının digər ölkələr tərəfindən qorunmasının vacibliyini bildirib. İran Məclis sədri Çinin Rusiya və Avropa ölkələri ilə birlikdə anlaşmanın qorunmasındaı rolunun önəmli olduğunu bildirib.
Çin Parlamentinin sədr müavini isə ölkəsinin regional və beynəlxalq xüsusi vəziyyətlərə rəğmən İranla uzun müddətli münasibətlər qurmaq istədiyini bildirib.