Sənədləri prokurorluğa göndərilib

Xüsusi prokuror Robert Müller Aleksandriya Prokurorluğuna (Virciniya ştatı) ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Makyl Flinnin Türkiyənin maraqlarına xidmət edən lobbiçilik fəaliyyəti barədə sənədlər təqdim edib. Prokurorluq sənədlərdəki informasiyalarla bağlı istintaqa başlayıb. Bu barədə The New York Times xəbər verib.
Nəşr öz mənbəsinə istinadla bildirir ki, Aleksandriya prokurorluğu Flinnin lobbiçilik fəaliyyəti ilə bağlı ilkin araşdırma aparıb və yekun hesabatı Müllerə yollayıb. Müler də hesabata ABŞ prezidenqtinin sabiq köməkçisinin öz ifadəsini əlavə edərək sənədləri Virciniyaya yollayıb.
Flinn prezidentin köməkçisi vəzifəsindən azad olduqdan sonra ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçib və Ankaranın maraqlarını təmsil etdiyini bildirib. Onun Türkiyənin xeyrinə lobbiçilik fəaliyyəti göstərən Flynn Intel Group konsaltinq firması var.
The Wall Street Journal bundan əvvəl bildirmişdi ki, Flinn və oğlu Kiçik Maykl Flinnə FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə verilməsi müqabilində 15 milyon dollar vəd verilib.
Qeyd edək ki, Ankara 1999-cu ildən ABŞ-dan yaşayan və Türkiyədə «fətullahçıların terror təşkilatına» rəhbərlik edən Güləni bir neçə il öncə iyun ayında Türkiyədə çevriliş cəhdində ittiham edir.
Cari ilin noyabr ayında Tramp jurnalistlərə bəyan edib ki, hazırda Gülənin ABŞ-dan ekstradisiyası məsələsinə baxılmır, ancaq sonra bu məsələyə qayıda bilərlər.
Müllerin Aparatı çərşənbə axşamı günü Kolumbiyanın paytaxt dairəsinə Flinnə bağlı sənədlər təklif edib. Xüsusi Prokuror məhkəmədən sabiq köməkçinin həbsə salınmasını istəməyib, bu işlə bağlı istintaqa kömək etməsini nəzərə alaraq onun üçün minimum cəza istəyib.