Hələb şəhərində 130 məktəb bərpa edilib

Suriyanın Hələb şəhərinin rəhbərliyi terrorçulardan azad edilmiş rayonlarda 130 məktəbi, o cümlədən vilayətin şərq hissəsində 340 təhsil müəssisəsini bərpa edib.
Bildirilir ki, hazırda Hələbdə 1349 məktəb fəaliyyət göstərir.
Sentyabrda Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Suriyaya Rusiya, Türkiyə və İranın birgə səyləri ilə humanitar yardımların sistemli xarakter alması ölkəni bərpa etmək üçün faydalı olardı.