Əfqanıstanda özəl telekanalın sahibi oğurlanıb

Əfqanıstanın şərqində Nanqarhar vilayətində özəl telekanalın sahibi naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
Məlumata görə, Cəlalabad şəhərində "İnekas" televiziyasının sahibi İncinyer Zalmainin maşınının qarşısı silahlı şəxslər tərəfindən kəsilib. Onun sürücüsü öldürülüb, özü isə naməlum istiqamətə aparılıb.