Kaşıkçının qətlində İbn Salmanın əli var

Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem bəyan edib ki, səudiyyəli müxalif jurnalist Camal Xaşuqinin qətlində vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əli var.
Qrem əlavə edib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın strateji müttəfiqidir və amma bu, o demək deyil ki, bu münasibətlər nəyin bahasına olursa-olsun qorunmağa layiqdir.
Tennesidən olan respublikaçı senator, Senatın xarici məsələlər üzrə komitəsinin sədri Bob Korker həmkarının bəyanatını dəstəkləyib.
«Şübhəm yoxdur ki, vəliəhd şahzadə Məhəmməd bin Salman öldürmə barədə fərman verib, qətli izləyib və orda nələr baş verdiyini dəqiq bilib. Bu əvvəlcədən planlı olub. Əgər o, andlılar məhkəməsində olsaydı hökm 30 dəqiqə ərzində oxunardı. Təqsirkardır», - deyə Korker bildirib.
Tennessidən olan senator əlavə edib ki, Tramp Administrasiyasının şahzadənin qətldə əli olduğu barədə birbaşa sübutların olmadığı barədə iddiaları qəbul olunmazdır.