Qətər əmiri ilə barışmaq istəyən

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Sanini Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 39-cu sammitinə dəvət edib. Bu barədə Qətərin rəsmi agentliyi "QNA" məlumat yayıb.
Kral Salman 9 dekabrda Səudiyyədə keçiriləcək zirvə toplantısında iştirak etməsi üçün Qətər əmirini ölkəsinə çağırıb. Rəsmi dəvət KƏŞ-in baş katibi Əbdüllətif əz-Zəyyani tərəfindən Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mərihiyə təqdim olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 5 iyun 2017-ci ildən Qətərlə diplomatik əlaqələri kəsib. Bu ölkələr Qətərə qarşı iqtisadi və siyasi embarqo da tətbiq etməyə başlayıb.
Qətərə embarqo tətbiq edən 4 ölkə münasibətlərin bərpası üçün Doha rəhbərliyinə "İranla əlaqələrin kəsilməsi, əl-Cəzirə" telekanalının bağlanması" kimi şərtlərin olduğu 13 maddəlik tələb siyahısı təqdim etsə də, Qətər beynəlxalq hüquqa zidd heç bir tələbin yerinə yetirilməyəvəyini açıqlayıb.