Şimali Koreyaya dəvət

Koreya Xalq Demokratik Republikasının (KXDR) XİN rəhbəri Ri Yonq-ho rəsmi səfərlə Suriyaya səfər edib. Bu barədə "KCNA" məlumat yayıb.
KXDR-in xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dəməşqdə prezident Bəşər Əsədlə görüş keçirib. Görüş zamanı Bəşər Əsədin Pxenyana səfər etməsi müzakirə olunub.
Ri Yonq-ho Suriyadan əvvəl Vyetnamda 4 günlük səfərdə olub.