NATO-nun baş katibi Yens Stoltenberq Rusiya rəhbərliyinə müraciət edərək Kerç boğazında saxlanılan Ukrayna gəmilərini azad etməyə çağırıb.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya rəhbərliyinə müraciət edərək Kerç boğazında saxlanılan Ukrayna gəmilərini azad etməyə çağırıb. Stoltenberq bunu xarici işlər nazirlərinin görüşündən öncə deyib.
Qeyd edək ki, NATO xarici işlər nazirlərinin toplantısı bu gün Brüsseldə başlayır. İki gün davam edəcək iclas ərəfəsində mətbuata bəyanatlar verən NATO-nun baş katibi vurğulayıb ki, toplantının əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı gərginlik, orta mənzilli Nüvə Qüvvələri Müqaviləsi (INF), Yaxın Şərq və Şimali Afrikadan gələn təhdidlər, eyni zamanda Əfqanıstan və Baltikyanı ölkələr olacaq.
Rusiyanın son dövrlər davranışının qeyri-sabitliyi artırdığını irəli sürən Stoltenberq qeyd edib ki, Azov dənizində saxlanılan Ukrayna döyüş gəmiləri və ekipajının buraxılması buna müsbət təsir edəcək: "NATO, Rusiyanı təcili şəkildə Ukraynaya məxsus gəmi və dənizçiləri sərbəst buraxmağa dəvət edir".