İraq hökuməti Mosulda dağıntılar altından 4657 insanın cəsədini aşkarlayıb

İraq hökuməti Mosulda dağıntılar altından 4657 insanın cəsədini aşkarlayıb. Al-Aləm-ə verdiyi məlumata görə, hazırda İnsan Haqları Komissiyası 2665 cəsədin kimliyini müəyyənləşdirə bilib. Onlardan 851-i uşaqdır.
Digər qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi gedir.
Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildə Mosulu ələ keçirdikdən sonra İraqda yayılmağa başlamışdı. Hazırda şəhər tamamilə terrorçulardan təmizlənib. Lakin Mosulu terrorçulardan qurtarma əməliyyatı dinc sakinlərin çoxsaylı qurbanları bahasına başa gəlib.