Amerikanın yeni sanksiyalarından sonra Vaşinqton və Tehran arasında münasibətlər kəskinləşib.

ABŞ zərbə aviadaşıyıcı qrupunu Fars körfəzinə yollayıb. Gəmilər Yaxın Şərq regionunun sularına yaxın günlərdə girməyi və təqriən 2 ay orda qalmağı planlaşdırır. Bu barədə The Wall Street Journal xəbər verib.
Qeyd edək ki, ABŞ-ın İran atomu ilə bağlı sazişdən çıxmasından və Amerikanın yeni sanksiyalarından sonra Vaşinqton və Tehran arasında münasibətlər kəskinləşib.