Fransada etirazçılar hərbçiləri hakimiyyətə gətirmək istəyir

Fransada "sarı jilet"lər hərəkatı yerli hökuməti istefa verməyə çağırıb. Bu barədə "Europe-1" radiostansiyası məlumat yayıb.
Narazı kütlə Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin sabiq rəisi Pier de Vilyenin hökumət rəhbəri postuna gətirilməsini tələb edirlər.
"Mən hökumətin başında general de Vilyeni görürəm. Onun hökuməti idarə etmək üçün nüfuzu var",-deyə "sarı jilet"lərin rəsmi nümayəndəsi Voklyuz Kristof Şalensonqeyd edib.