Ukrayna prezidenti Poroşenkodan Putinə: sənə iki pis xəbərim var

Ukrayna prezidenti Pyotr Poroşenko "Sky News"a müsahibəsində Kerç boğazındakı hadisənin seçkilərə təsirini şərh edərkən deyib ki, rusiyalı həmkarı Vladimir Putin ümün iki pis xəbəri var.
"Putin üçün iki pis xəbərim var. Birincisi, Rusiya prezidenti heç vaxt Ukraynada kimin dövlət başçısı olacağını həll edə bilməyəcək. Buna Ukrayna xalqı qərar verəcək. İkincsi, əgər hərbi vəziyyət haqqında qanunla seçkiləri ləğv etsək, bu vəziyyətdə yalnız bir nəfər qalib gələcək. Bu, bilirsiniz kim olacaq? Bu, Putin olacaq",-deyə Poroşenkonun mətbuat xidməti onun sözlərindən sitat gətirib.