Son 10 ayda 41 milyon turist

Türkiyəyə 2018-ci ilin 10 ayı ərzində 41 milyondan çox turist səfər edib. Bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Nazirlik Sərhəd Xidmətinin hesabatına istinadən məlumat verir ki, Türkiyəyə ən çox səfər edən ölkələrin arasında Rusiya 16.09% birinci, Almaniya 11.68% ikinci, İngiltərə isə 6.7% üçüncü sırada qərarlaşıb.