Tezliklə Rusiya və İran arasında turistik viza ləğv olunacaq

Tezliklə Rusiya və İran arasında turistik vizalar ləğv olunacaq. Bu barədə İranın energetika naziri Reza Ardakania xəbər verib.
«Biz vizaların ləğvi barədə razılıq əldə etmişik. Bu yöndə imzalanan sənədlərin icra reqlamentinə ehtiyacı var. Sənədi bundan sonra 1-2 ay ərzində hazırlamağı planlaşdırırıq», - deyə o, bəyan edib.