Oktyabrın 24-də Qabon prezidenti Səudiyyə Ərəbistanın tərk etdi

Oktyabrın 24-də Gələcəyə Sərmayə Təşəbbüsü Konfransına qatılmaq üçün Səudiyyə Ərəbistanına gedən Qabon prezidenti Əli Bonqodan 1 aydır ki, xəbər alınmırdı.
Səudiyyə Ərəbistan rəhbərliyi, Qabon prezidenti Əli Bonqonun ölkəni tərk etdiyini açıqlayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanında müalicə alan Bonqonun dünən axşam, paytaxt ər-Riyaddakı kral Salman hava bazasından istifadə edərək ölkədən ayrılıb.
Bundan əlavə Mərakeş Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Əli Bonqo öz istəyi ilə tibbi reabilitasiya prosesini Mərakeşdə keçəcək.
Prezident Bonqonun həyat yoldaşı Silviya Bonqo, dünən "Facebook" hesabından verdiyi açıqlamada bildirib ki, prezident, ailəsiylə məşvərət edərək müalicəsinin davamı üçün Mərakeş kralı 6-cı Məhəmmədin dəvətini qəbul edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən Gələcəyə Sərmayə Təşəbbüsü Konfransına qatılmaq üçün ər-Riyada getdiyi 24 oktyabrdan bəri kameralar qarşısına çıxmayan Bonqonun öldüyü, ya da iflic keçirdiyi iddia edilmişdi.