Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Binəli Yıldırım arasında fikir ayrılığı yaranıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin parlament sədri Binəli Yıldırım arasında İstanbula təyin olunacaq icra başçısı mövzusunda fikir ayrılığı yaranıb. Bu barədə yerli "Cumhuriyet" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Ərdoğanın İstanbul namizədini açıqlamasını iki dəfə təxirə salması maliyyə naziri Berat Albayrakla TBMM sədri Binəli Yıldırım arasında müşahidə olunan narazılıqdır. Albayrak dəstəsilə birgə rayon namizədlərinin siyahısını hazırlasa da, Yıldırım buna etiraz edib.
Son olaraq Binəli Yıldırımın İstanbula təyin edilən icra başçısı Bayram Şenocakla da yola getmədiyi bildirilir.