ABŞ prezidenti Donald Tramp G20 samitində Putinlə görüşü ləğv edə bilər

ABŞ prezidenti Donald Tramp "Washington Post" nəşrinə müsahibəsində bəyan edib ki, G20 sammitinin Argentinada keçiriləcək toplantısında Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulmuş görüşünü Kerç körfəzində baş verənlərə görə təxirə sala bilər.
O, "bu cür aqressiv hərəkətlərlər mənim xoşuma gəlmir. Mən ümumiyyətlə aqressiya xoşlamıram", - deyə bildirib. ABŞ prezidenti həmçinin bəyan edib ki, yaxın zamanlarda xüsusi xidmət orqanlarının məsələ ilə bağlı tam hesabatını gözləyir.
Qeyd edək ki, bundan əvvvəl Ağ Evdən bəyan etmişdilər ki, Tramp G20 sammitində Putinlə görüşəcək. Kremldən bu məlumatı təsdiqləmişdilər və əlavə etmişdilər ki, görüşün vaxtı dəqiqləşdiriləcək.