Nikol Paşinyan kimə bel bağlamaq olar, kimə olmaz?

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, ölkəsi ilə müttəfiq olan dövlətlərin bəzi addımları onu çaşbaş salıb. Bu barədə o, "Mənim addımım" blokunun mitinqində danışıb.
Paşinyan qeyd edib ki, KTMT-yə üzv ölkələrin Azərbaycana silah satmasından narahatdır: "Bizə heç də tamamilə aydın və məqbul deyil ki, niyə bizim müttəfiqlərimiz, bizə qarşı düşmən mövqedə olan ölkəyə silah satır. Bu ciddi çağırışdır, biz tərəfdaşlarımızla açıq-aydın bu mövzunu müzakirə etmək niyyətindəyik. Biz bilməliyik ki, kimə bel bağlamaq olar, kimə olmaz".