Belə tələsik addımlar atmayın

Rusiya prezidenti Vladimir Putin Ukrayna gəmilərinin Kerç boğazında saxlanılmasına münasibət bildirib. Putin rəsmi Kieyvi tələsik addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Rusiya dövlət başçısı ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Putin Merkelin diqqətinə çatırııb ki, Rusiyanın sərhəd sularını pozan Ukrayna gəmilərinə xəbərdarlıq edilsə də, buna əhəmiyyət verilməyib.
"Ukraynanın bu təxribatı ölkədəki prezident seçkiləri kampaniyası ilə əlaqəlidir. Almaniya müdaxilə edərək, Ukraynanı yeni tələsik addımlar atmaqdan çəkindirəcəyinə ümid edirəm. Bir də qarşıdurmaya səbəb olacaq bu tip hadisə yaradılsa, onun nəticələri tamamilə Ukrayna rəhbərliyinin üzərinə düşəcək",-deyə Putin vurğulayıb.