ABŞ Konqresi Səudiyyənin vəliəhd şahzadəsinə qarşı sanksiya tətbiq edə bilər

ABŞ-da respublikaçı senator Lindsey Qraham bəyan edib ki, MKİ müxalif jurnalist Kaşıkçının (Haşuqi) qətlində Səudiyyənin vəliəhd şahzadəsinin əli olduğunu sübut edəcəyi təqdirdə Məhəmməd Bin Salmana qarşı sanksiya verilməsi üçün çalışacaq. Senator bu barədə Axios agentliyinə açıqlamasında bəyan edib.
O, həmçinin bildirib ki, bununla bağlı bir neçə sentorla birlikdə MKİ-dən kəşfiyyat brifinqi tələb edib.
Yeri gəlmişkən qeyd edək ki, ay sonanda təşkil oluacaq G20 sammitinə ev sahibliyi edən Argentina Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin Yəməndə hərbi cinayətləri və Səudlu rəsmilərin həyata keçirdikləri işkəncələrdə vəliəhd şahzadənin rolu ilə əlaqədar bu ölkə təqdim lunan sənədin analizinə başlayıb. Sənəd Argentina federal prokuroruna Human Rights Watch tərəfindən təqdim edilib.
Sənəddə Məhəmməd bin Salmanın Camal Kaşıkçı cinayəti də daxil olmaqla bəzi səudlu vətəndaşlara işkəncə edilməsi və pis davranılması ilə əlarəqadar rolunun ola biləcəyi vurğulanıb.
HRW rəhbəri Kennet Rot bəyan edib ki, Buenos Ayresdə təşkil olunacaq G20 sammitinə Səudiyyənin vəliəhd şahzadəsinin də qatılması, Yəməndə və Səudiyyə Ərəbistanının özündə haqsızlığa məruz qalanlara çarə olmaq üçün Argentina məhkəmələrinə bir fürsət verə bilər.
«Argentinalı məsulların istintaqı Məhəmməd bin Salman kimi güclü şəxslərin belə hüquqdan qaça bilməyəcəyinə dair güclü bir siqnal olacaq. Məhəmməd bin Salman Argentinaya gələrsə, istintaqla üzləşə biləcəyini anlamalıdır», - deyə o, əlavə edib.
Qeyd edək ki, Argentina Konstitusiyası bu ölkə məhkəmələrinə hərbi cinayətlər və işkəncə üçün qlobal yurisdiksiya tanıyır. Məhkəmə orqanları harda, kim tərəfindən kimə qarşı olursa-olsun hərbi cinayət işləyənləri və işkəncə edənlərə istintaq edə bilir.
Məhəmməd Bin Salmanın noyabrın 30-da Argentinanın paytaxtı Buenos Ayresdə baş tutacaq G20 sammitinə qatılacağı gözlənilir.