Bəşər Əsəd hökumətin tərkibində dəyişikliklər edib

Suriya prezidenti Bəşər Əsəd hökumətdə kadr dəyişikliyi edib. Nəticədə Nazirlər kabinetində 9 nazir dəyişib.
Bildirilir ki, SƏR prezidentinin fərmanı ilə Su Ehtiyatları Nazirliyinə, Turizm Nazirliyinə, Maarif Nazirliyinə, Ali Təhsil Nazirliyinə, İctimai İşlər və Mənzil Tikintisi Nazirliyinə, Kommunikasiya və Texnologiyalar Nazirliyinə, Sənaye Nazirliyinə yeni rəhbərlər təyin edilib.
Bundan başqa Bəşər Əsəd Barışıq üzrə Milli Agentliyin yaradılması barədə sərəncam imzalayıb. Quruma bu günə qədər Milli Barışıq naziri olan Əli Heydər rəhbərlik edəcək. Yeni orqan baş nazir İmad Hamisə tabe olacaq, mənzid Qərargah isə Dəsəşqdə yerləşəcək.
Bundan başqa yeni əmrlə prezident Dəməşqin qubernatoru Bişr əl-Sabbanı vəzifəsindən azad edərək, onun yerinə Adel əl Obabi təyin edib.