Mayk Pompeo: Rusiyanın təcavüzkar addımını pisləyir

Ukrayna prezidenti Poroşenko ilə telefon əlaqəsi yaradan ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanı Kerç boğazında gərginliyi artırmaqda ittiham edib. Bu barədə ictimaiyyətə Dövlət Departamentinin sözçüsü Heather Nauert məlumat verib.
O, yazılı bəyanatında qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyünü tanıyır: "Rusiyanın Ukraynaya qarşı Kerç boğazındakı təcavüzkar addımını pisləyirik. ABŞ Ukraynanın suverenliyi və su sərhədləri, o cümlədən beynəlxalq arenada tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir".