İŞİD yenə baş kəsdi: bu dəfə hədəf kürdlərdir

İŞİD terrorçuları Deyr-əz-Zor şəhərində silahlı qarşıdurma zamanı əsir götürdükləri "Suriya Demokratik Qüvvələr" (SDQ) adlı kürdlərdən ibarət silahlı qruplaşmanın üzvlərini vəhşicəsinə öldürüb. Bu barədə terrorçuların sosial şəbəkədəki "Əl Barakah" səhifəsi məlumat yayıb.
Suriyanın Deyr-əz-Zor şəhərinin şərqindəki Hejin bölgəsində həyata keçirilən qətliam zamanı 4 kürd silahlı öldürülüb.
Qeyd edək ki, İŞİD hazırda SDQ-nın 250 silahlısını, SDQ isə İŞİD-in 800 terrorçusunu əsir saxladığını iddia edir.