Əfqanıstanda Taliban yaraqlıları 20 polisi öldürüb

Əfqanıstanda Taliban yaraqlıların növbəti hücumu zamanı 20 polis əməkdaşı qətlə yetirilib. Bu barədə "Associated Press" məlumat yayıb.
Hadisə ölkənin Fərah əyalətində qeydə alınıb.
Qeyd edək ki, Taliban yaraqlıları ölkədə hakimiyyəti ələ keçirmək üçün tez-tez polis məntəqələri və ordu qüvvələrinə hücumlar təşkil edir.