Avropa Birliyi ölkələri "brexit"lə bağlı müqaviləni şərtsiz qəbul edib.

Avropa Birliyi ölkələri "brexit"lə bağlı müqaviləni şərtsiz qəbul edib. Bu barədə "Rossiya 24" kanalı məlumat yayıb.
Məlumata görə, sənəd qüvvəyə minmək üçün əvvəlcə Avropa Parlamenti və AB-yə üzv hökumətlər tərəfindən təsdiq olunmalıdır. Buna qədər İspaniyanın həmin müqaviləyə etiraz edəcəyi deyilsə də, Britaniyanın müəyyən güzəştlərə getməsi tərəfləri qane edib.
"Bu günün hadisələri Böyük Britaniya və Avropa İttifaqı arasında danışıqların uzun və çətin prosesinin yüksək nöqtəsi kimi göstərilir. Bəziləri hesab edirdi ki, Britaniya ilə Avropa Birliyi arasında "brexit" mövzusunda razılaşma əldə olunmayacaq. Əvvəl gündən bu cür ümidsiz mövqeyi inkar etmişəm və hər iki tərəfdə işləyən müqavilə üzrə işlələrə başlamışam",-deyə Britaniyanın baş naziri Tereza Mey tərəflər arasında əldə olunan razılıqla bağlı danışıb.