İsrail rejimi ilə Rusiya arasında soyuq münasibətlər hələ də davam edir.

İsrail rejimi ilə Rusiya arasında soyuq münasibətlər hələ də davam edir. Təl-Əvivin təqsirinə görə vurulan "İl-20" təyyarəsi Moskva ilə əlaqələrə ciddi təsir göstərib.
Rusiya rəhbərliyi məlum hadisədən sonra Təl-Əvivlə münasibətlərin əvvəlki kimi olmayacaq mesajını verir. İsrail münasibətlərin pozulmasından sonra Suriya üzərində uçuşlar edərkən ciddi çətinliklərlə üzləşməyə başlayıb.
Qəzet yazır ki, təyyarələrin Suriyada toqquşmasının qarşısını almaq üçün tərəflər arasında yaradılan rabitə xəttində aqressiv ton müşahidə olunur. Həmçinin Rusiyanın Livandakı hadisələrə qarşı marağının artması Təl-Əvivdə ciddi narahatlıqla qarşılanır.