Reyunyon adasına qoşun yeridilib

Fransa Hind olkeanında Reyunyon adasında yanacağın qiymətinin artması ilə əlaqədar etiraz aksiyasını yatırmaq üçün əraziyə qoşunlarını yerləşdirib.
Adadakı məktəblər bağlanılıb.
Qeyd edək ki, Fransanın materik hissəsinə nisbətən Reyunyondakı etiraz aksiyaları iğtişaşlarla fərqlənib.
Makron yanacaq üçün aksizlərin qaldırılmasında təkid edib . Dizel yanacağına vergi 7 avrosent qalxıb və yaxın illərdə bunun daha da artacağı planlaşdırılır. Benzin üçün rüsum isə 4 avrosent qalxıb.