Şərqi Çin dənizində qasırğaya düşən gəmi

Şərqi Çin dənizində qasırğaya düşən Yaponiyanın «Tikuma» mühafizə gəmisi Kume adası ərazisində döyüş sursatlarının yarısını itirib. Bu barədə Kyodo Agentliyi xəbər verib. Bildirilir ki, söhbət 20 mm kalibrli avtomatik gəmi topları üçün 21 ədəd döyüş sursatından gedir. Bəzi məlumatlara görə, güclü dalğalar sursatları göyərtədən yuyub aparıb.
Yaponiya Özünümüdafiə Dəniz Qüvvələri yerli balıqçılara müraciət edərək onlara son dərəcə ehtiyatlı olmağa çağırıb. Çünki itmiş sursatlar böyük dağıdıcı qüvvəyə malikdir.
Bundan başqa hərbçilər hər hansı bir sursat topa düşəcəyi təqdirdə onlara xəbər verilməsini istəyiblər.
Lakin komandanlıqdan hesab olunur ki, çəkisi 250 qram olan sursatlar yəqin ki, çoxdan batıblar.