Tramp ikili standartlara yol verir

ABŞ prezidenti Donald Trampın miqrantların ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün qəbul edəcəyi qərar ikili standartların nümunəsidir". Bu açıqlama ilə Boliviya prezidenti Evo Morales çıxış edib.
"Tramp ikili standartlar tətbiq edir. Şükranlıq günündə xalqına "məhəbbət, anlaşma və sevinc" arzulayır, eyni zamanda hərbçilərinə Mərkəzi Amerikadan olan miqrantlara qarşı ölümcül silahlar tətbiq etmək barədə göstəriş verir",-deyə Evo Morales Twitter səhifəsində yazıb.