Danimarka Səudiyyə Ərəbistanına silah satmayacaq

Danimarka rəhbərliyi Səudiyyə Ərəbistanına yeni silah satışını qadağan edən qərar imzalayıb. Bu barədə ölkənin XİN rəhbəri Anders Samuelsen məlumat verib.
O, Avropa Birliyinə üzv digər ölkələri də Səudiyyəyə qarşı silah embarqosuna çağırıb.
Qeyd edək ki, ər-Riyada qarşı embarqo qərarı Almaniyanın analoji addımından sonra atılıb.
ABŞ kəşfiyyatının hesabatına görə, Camal Kaşıkçı cinayətinin arxasında vəliəhd şahzadə Məhəmməd bin Salman dayanır. Ancaq Ağ Ev rəhbəri Donald Tramp Məhəmməd bin Salmanla bağlı ittihamı qəbul etmir.