Suriya ordusu İŞİD-in son məntəqəsini ələ keçirdi

Suriya ordusu ölkənin cənubunda İŞİD terrorçularının Səfa yaylağındakı son istinadgahını ələ keçirib. Bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin bəyanatında deyilir.
Suriya ordusunun apardığı əməliyyatlar ölkənin cənubunda 380 kv km ərazinin İŞİD-dən təmizlənməsi ilə nəticələnib.