Səudiyyə kralı: Yəmənə hücum etməyə məcbur idik

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud bəyan edib ki, Yəməndə müharibənin sona çatması üçün BMT-nin səylərini dəstəkləyir. Bu barədə o, ər-Riyadda Şura İclasının illik toplantısında çıxış edib.
2015-ci ilin martından Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin hücum və blokadası səbəbindən qətliam, aclıq və xəstəliklərin tüğyan etdiyi Yəmənlə bağlı müharibənin sona çastması üçün BMT-nin səylərini dəstəklədiyini açıqlayan kral Salman Yəmənə hücum etməkdə məcbuq qaldıqlarını da vuğulayıb.
Qeyd edək ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.