Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb. Bu barədə Türkiyə mediası xəbər yayıb.
Məlumata görə, Rusiya prezidentini İstanbulun Atatürk hava limanında İstanbul valisi Ali Yerlikaya, Böyükşəhər Bələdiyyə sədri Mevlüd Uysal, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerov və iki ölkənin digər rəsmiləri qarşılayıb.
V.Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk Axın” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edəcək.