Bütün hərbi əməliyyatları dayandırmağa hazırı

2015-ci ildən bəri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin təcavüzünə məruz qalan Yəmən xalqı BMT-nin atəşkəs təklifinə müsbət cavab verib. Husi Ali İnqilabi Komitəsi yaydığı bəyanatda qarşılıqlı atəşkəsin imzalanmasına müsbət baxdıqlarını açıqlayıb.
"Bütün hərbi əməliyyatları dayandırmağa hazırıq. Ədalətli sülh üçün bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırılmalıdır. Təcavüzkar dövlətlər ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini embarqo və hücumlarını davam etdirmək bəhanəsindən məhrum etmək üçün raket və dron həmlələrimizi dayandırmaq qərarımızı elan edirik. Ədalətli sülhə nail olmaq üçün bütün cəbhələrdə hərbi əməliyyatları dondurmağa və dayandırmağa hazırıq",-deyə bəyanatda qeyd olunur.
"Ənsarullah" hərəkatının bəyanatında həmçinin deyilir ki, "Səudiyyənin rəhbərlik etdiyi koalisiya əgər sülh istəyirsə, geniş yayılmış bir atəşkəsə də hazır olmalıdır.