Binyamin Netanyahu müdafiə naziri oldu

Noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor Libermanın istefasından sonra onun vəzifəsini hökumət başçısı Binyamin Netanyahu tutub. İsraildə növbədənkənar seçkilərin keçirilməməsi üçün baş nazir eyni anda iki vəzifəni tutacaq.
«Təhlükəsizlik sahəsindəki vəziyyətlə əlaqədar növbədən kənar seçkilərin keçirilməsi və mövcum hökuməti dağıtmaq məqsədə uyğun deyil. Ümidvaram ki, koalisiya müttəfiqləri məsuliyyət göstərər və Nazirlər Kabinetinin istefasını tələb etməz», - deyə o, bəyan edib.