ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan

ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra Avropa İttifaqı ilə rəsmi Tehran arasında ticarət və bank əməliyyatlarının həyata keçirilməsi üçün hazırlanan mexanizm işə düşmür. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mexanizmin işə düşməməsində səbəb heç bir Avropa dövlətinin mənzil-qərargahının öz ölkəsində yerləşməsini istəməsidir. Avropa Birliyi dolayı yollarla, lakin hüquqi qaydada İranla maliyyə hesablaşmalarını həyata keçirməyi düşünür. Lakin ABŞ-ın təhdidindən qorxaraq yaratdıqları mexanizmi işə salmaqdan ehtiyat edir. Artıq Fransa, Almaniya və Böyük Britaniya bu mexanizmin mənzil-qərargahının öz ölkələri ərazisində fəaliyyət göstərməsini istəmədiklərini bildiriblər. Tərəflər mənzil-qərargahın Avstriya, Belçika və Lüksenburqda yerləşməsi haqqında razılığa gəlsələr də, heç bir ölkə buna müsbət baxmayıb.