Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın onun ünvanına səsləndirdiyi sərt fikirlərə münasibət bildirib.

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın onun ünvanına səsləndirdiyi sərt fikirlərə münasibət bildirib. Bu barədə "TF1" telekanalı məlumat yayıb.
"Açığı deyim ki, mənim üçün əhəmiyyət kəsb edən Amerika ordusu ilə birlikdə nə etməyimizdir. Şanlı tariximizdə biz müttəfiq olmuşuq. Və müttəfiqlər bir-birinə hörmət etməlidir",-deyə Makron qeyd edib.