Donald Trampın Səudiyyə Ərəbistanı səfiri namizədinin Con Abizaid olduğu bildirilib.

Ağ Evdən verilən yazılı açıqlamada ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı səfiri namizədinin Con Abizaid olduğu bildirilib.
Con Abizaidin ABŞ Mərkəzi Qüvvələr Komandanlığında (CENTCOM) ən uzunmüddətli vəzifə yerinə yetirmiş hərbçi adını qazandığı vurğulanan açıqlamada, təqaüdə çıxdıqdan sonra bəzi beyin mərkəzlərində terrorizmlə mübarizə sahəsində məsləhətçi işlədiyi deyilir.
ABŞ Hərbi Akademiyasından məzun olan Abizaid magistraturanı Harvad Universitetinin Yaxın Şərq İşləri Fakültəsində başa vurub.
Abizaidin rəsmən səfir təyin olunması üçün Senatın təsdiqi lazımdır.