Səudiyyə ilə bağlı embarqo qərarı

Avropa Parlamentinin (AP) üzvləri jurnalist Camal Kaşıkçının qətlindən sonra Səudiyyə Ərəbistanına silah embarqosunu nəzərdə tutan qərar layihəsi hazırlayıb. Avropalı parlamentarilər 1-ə qarşı 325 səslə qətnaməni qəbul ediblər.
Səudiyyə Ərəbistanına Avropa Birliyi miqyasında silah embarqosunun tətbiq olunmasını tələb edən AP-nin deputatları bu məsələsində konkret addım atıb. Yeni hazırlanan qətnamə Səudiyyə Ərəbistanına silah embarqosu və bunun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə də şamil olunmasını nəzərdə tutur.
"Avropa Parlamenti Səudiyyə Ərəbistanı, BƏƏ və Yəməndəki koalisiya qüvvələrinə BMT-nin səlahiyyətli orqanları tərəfindən aşkar edilən ciddi insan haqları pozuntuları səbəbindən silah ixracaatını uyğun görmür",-deyə qətnamədə qeyd olunur.