ABŞ Baş Prokuroru istefaya yollanıb
ABŞ Baş prokuroru Ceff Seşns Donald Trampa istefa ərizəsini təqdim edib. Bu barədə dövlət başçısı özünün Tvitter akkauntunda xəbər verib.
Bildirilir ki, Baş prokurorun vəzifəsini müvəqqəti olaraq Ədliyyə Nazirliyində Seşnsin Apparat rəhbəri Metyu Uitaker əvəz edəcək.
<iframe id="twitter-widget-1" class="twitter-tweet twitter-tweet-rendered" style="font-family: AAqilBEK2; font-size: 14px; letter-spacing: -0.3px; word-spacing: 0px; position: static; visibility: visible; display: block; width: 500px; height: 308.172px; padding: 0px; border-width: initial; border-style: none; max-width: 100%; min-width: 220px; margin-top: 10px; margin-bottom: 10px;" title="Twitter Tweeti" frameborder="0" scrolling="no" data-tweet-id="1060256623439110146"></iframe>
Seşns ABŞ prezidentinin tələbi ilə istefaya yollanıb. Bildirilir ki, Ağ Ev rəhbəri onu fəaliyyətinə görə dəfələrlə tənqid edib.
Seşns seçki kampaniyası zamanı Amerika liderinin tərəfdaşı olub, lakin Rusiya izi barədə işdən imtina etdiyi üçün onları arası pozulub.










