Netanyahu ile Putin görüşmədi
Antanta dövlətləri ilə Almaniya arasında 11 noyabr 1918-ci ildə imzalanan atəşkəs razılaşmasının 100-cü ildönümü münasibətilə Fransanın paytaxtı Parisdə təşkil olunan mərasim zamanı Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş baş tutmayacaq. Bu barədə İsrailin Yayım Təşkilatı (KAN) məlumat yayıb.
Bildirilir ki, Moskva və Təl-Əviv arasında Suriya mövzusunda yaranan gərginliyin davam etməsi tərəflər arasındakı görüşün ləğv edilməsi ilə nəticələnib.










