Tramp daha bir seçkini başa vurdu
Birləşmiş Ştatlarda Senat və Nümayəndələr Palatasının üzvlərini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Rəsmi olmayan məlumata görə, Donald Tramp budəfəki seçkiləri də qalib başa vurub.
Belə ki, Trampın partiyası olan Respublikaçılar Senatda 50, Nümayəndələr Palatasında isə 151 kürsüyə yiyələnib. Demokratlar isə Senatda 40, palatada isə 141 nəfərlə təmsil olunmaq hüququ qazanıb.
Tramp seçkilərdə qazanılan qələbə ilə bağlı Twitterdə paylaşıb edib: "Bu gecə möhtəşəm bir uğur əldə etdik, hər kəsə təşəkkürlər".
CNN televiziyası isə xəbər verir ki, Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası yalnız Senat seçkilərində qalib gəlib.
Müxalif Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar.










