Putinlə Trampın görüşünə Makron mane olub
Rusiya prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Donald Trampın Parisdə tamformatlı görüşü Fransa prezidenti Emmanuel Makronun xahişi ilə baş tutmayıb. Bu barədə Kommersant Avropada məlumatlı diplomatik mənbəyə istinadla bildirib.
Qəzetin mühasibinin sözlərinə görə, Makron Fransa hökuməti tərəfindən Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi münasibəti ilə hazırlanan mərasimi kölgədə qoymaması üçün Putindən və Trampdan belə böyük miqyaslı tədbiri təxirə salmalarını istəyib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bəyan etmişdi ki, noyabrın 11-də Parisdə Putin və Tramp normal ikitərəfli görüş keçirəcəklər. Bu vaxt Fransa payxatında Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi münasibəti ilə tədbir keçiriləcək.
Putinin sözcüsü Dmitriy Peskov prezidentlərin strateji sabitliyi, o cümlədən ABŞ-ın Orta və Kiçik Mənzilli Raketlərin Məhvi Sazişindən çıxma məsələsini müzakirə edəcəklərini bildirmişdi.
Sonra Peskov tədbirlərlər və qrafiklə əlaqədar Parisdə tamformatlı görüşün olmayacağını demişdi.
Tramp isə demişdi ki, Parisə «başqa işləri üçün gedir». Onun sözlərinə görə, Paris danışıqlar üçün uyğun yer deyil










