Rusiyada Almaniya konsulluğunun mühasibi qarət olunub

Rusyanın Yekaterinburq şəhərində «Vısotskiy» biznes mərkəzinə girişdə Almaniya Federativ Respublikasının Baş konsulluğunun mühasibi qarət olurub. Almaniyanın diplomatik qurumundan vurğulanıb ki, hüquq mühafizəçilər artıq hadisə ilə bağlı araşdırmaya başlayıblar.
Almaniya konsulluğu biznes mərkəzə həftənin əvvəlində köçüblər.
Rusiya DİN-dən isə bildirilib ki, baş konsulluğun əməkdaşınddan içərisində 2 mln. rubl (təqribən 52 min manata yaxın) pul olan çantası oğurlanıb.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, istintaqa başlanılıb.