Suriya ordusu daha 10 druzu İŞİD-in əlindən xilas etdi
Suriya ordusu İŞİD-in qaçırdığı druzların xilasına davam edir. Belə ki, dünən keçirilən əməliyyat nəticəsində daha 10 druz girovluqdan qurtulub. Sputnik verdiyi məlumata görə, hazırda terrorçu qruplaşmanın əlində 17 druz əsirlikdəqalıb.
Suriyanın millət vəkili Ömər Osi qalanlarının da xilası üçün işlər gürldüyünü deyib.
Xatırladaq ki, iyul ayının 25-də İŞİD terror təşkilatı Suveydada druzlara hücum çəkərək 250 nəfəri öldürmüş, 35 nəfəri isə qaçırmışdı.
Bu müddət ərzində girovlardan bəziləri öldürülüb.
Suriya Ordusu ötən həftə keçirdikləri əməliyyat nəticəsində 6 druzu xilas etmişdi.
Bundan başqa terror qruplaşma qaçırılanlar arasında 65 yaşlı qadının xəstəlikdən öldüyünü elan edib.










