S-300-lərin olduğu ərazilərin PEYK GÖRÜNTÜLƏRİ

Sosial şəbəkələrdə Suriyanın Hama əyalətinin Masyaf yaşayış məntəqəsinin peyk fotoları paylaşılıb. Kadrlarda Rusiyanın Suriyaya verdiyi S-300 RƏM kompleksləri görünür.
Xatırladaq ki, İl-20 təyyarəsi İsrailin fəaliyytəi nəticəsində Suriya ordusu tərəfindən vurulmuşdu. Rəsmi Moskva faciədə İsraili ittiham edərək, qırıcıların Rusiya təyyarəsindən qalxan kimi istifadə etdiklərin demişdi. Bundan sonra Rusiya Suriyaya S-300 RƏM sisteminin verilməsi barədə qərar qəbul etmişdi. RF müdafiə naziri Serqey Şoyqu bəyan etmişdi ki, israilin fəaliyyətləri Suriyada rusiyalı hərbçilərin təhlükəsizliyini təmin etməsi üçün cavab tədbirləri görməyə vadar edib.
Peyk görüntülərində həmçinin İsrail HHQ tərəfindən aviazərbələrə məruz qalan elmi-araşdırma mərkəzi də əks olunub.