14 nazirin adları açıqlandı

İraqın yeni baş naziri Adil Əbdülmehdi dünən Parlamentdə and içərək vəzifəsinin icrasına başlayıb. Adil Əbdülmehdi Parlamentdə təsdiq alan 14 naziri də and içib.
Yeni kabinetdə olan nazirlərin adlarını aşağıdakı kimidir:
Baş nazir - Adil Əbdülmehdi
Neft naziri - Samir Ğəzban
Maliyyə naziri - Fuad Hüseyn
Rabitə naziri - Naim Rəbi
Xarici İşlər naziri - Məhəmməd Əli Həkim
Sənaye naziri - Saleh Cuburi
Səhiyyə naziri - Əla Alvan
Nəqliyyat naziri - Abdullah Ləibi
Əmək naziri - Basim Rəbi
Su Qaynaqları naziri - Camal Adli
İdman və Gənclər naziri - Əhməd Əbidi
Enerji naziri - Luyi Xətib
Ticarət naziri - Məhəmməd Haşim
Kənd Təsərrüfatı naziri - Saleh Hüseyn
Reinteqrasiya naziri - Benkin Rikani
Qeyd edək ki, digər nazirlər ilə bağlı səsvermə və andiçmə mərasimi 6 noyabr tarixində baş tutacaq.